Kəmaləddin Heydərov Fransanın ölkəmizdəki səfiri Paskal Mönye ilə görüşüb

19 Oktyabr 2012 11:17 (UTC+04:00)

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Fransanın ölkəmizdə yeni təyin olunmuş səfiri Paskal Mönye ilə görüşüb.

Görüşdə nazir Azərbaycan və Fransanın fövqəladə halların idarə edilməsi üzrə məsul dövlət qurumları arasındakı əlaqələrdən danışıb. O, iki ölkənin müvafiq qurumları arasında imzalanmış sazişlərdən irəli gələn məsələlərin həllindən söhbət açaraq nazirliyin maddi-texniki imkanlarının artırılmasında Fransa şirkətlərinin istehsal etdikləri avadanlığın mühüm rol oynadığını bildirib.

Nazir, həmçinin mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirib,səfirin diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

DiplomatFransanın Azərbaycan ilə hərtərəfli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylər göstərəcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.