İran məscidlər mərkəzinin üzvləri etiraz nümayişləri keçiriblər

19 Oktyabr 2012 14:14 (UTC+04:00)

İran məscidlər mərkəzinin üzvləri etiraz nümayişləri keçiriblər. Nümayişlər zamanı müqəddəs İslam Peyğəmbəri Məhəmmədin (s) təhqir olunması və islamofobiyanın yayılması tənqid edilib.

Bu barədə İran məscidlər Mərkəzinin İctimai Əlaqələr Şöbəsinin baş direktoru Cavd Ebadi məlumat verib.

Onun sözlərinə görə, bu mərkəzlərin üzvləri İran vilayətlərinin mərkəzlərində məscidlərə toplaşaraq Məhəmməd Peyğəmbərə (s) qarşı "Müəslman məsumluğu" flminin müəllifləri tərəfindən edilən təhqiramiz davranışlara və Fransa jurnalında dərc olunan məqalələrə etirazlarını bildiriblər.

"İran əhalisinin müxtəlif təbəqələri etiraz aksiyalarında fəal iştirak edərək İslamın müqəddəs dəyərlərini təhqir edənlərə qarşı nifrət və narazılıqlarını bildiriblər. Aksiya iştirakçıları islam ümmasının dünya imperializminin mədəniyyət və islam əleyhinə davranışlarına qarşı apardıqları müqaviməti dəstəkliklərini bildiriblər",- Cavd Ebadi məlumat verib.