Röyadan əkizlərə: "Bu sözə görə sizi öldürə bilərəm"

26 Oktyabr 2015 17:55 (UTC+04:00)

Müğənni Röya Ayxan "Hər şey daxil" verilişinin qonağı olub.


Movqe.az-ın məlumatına görə, sənətçi əkiz bacılar Sevil və Sevincin bir müddət əvvəl dediyi "Ən uğursuz burun əməliyyatı Röyadadır"sözlərinə cavab verib:


"Bir il bundan əvvəl eşitdim, haqqımda demisiniz ki, "Burun əməliyyatı arasında ən uğursuzu Röyanındır". Bu sözə görə sizi öldürə bilərəm.Sizə nə var ki... Sonradan gələnsiniz. Bunu ilk birincilər edir, palçığa batır. Sonradan gələnlərn dəbizdən götürür. 2000-ci ildə burnumu kəsdirdim. 1000 dolları nə zülmlə yığmışdım. Özü də ən bahalı həkimin yanına getmişdim. Sonradan ikinci, üçüncü əməliyyatı etdirdim. Artıq mənim burnuma toxunmaq olmaz. Çünki Maykl Cekson yanımda yalan olar.Allah mənə hər şeydə xoşbəxtlik verib. Tək bədbəxtçiliyim burnumdadır. Mənim burnumdan başqa heç yerimdə plastik əməliyyat yoxdur.Onu da özüm korlamışdım, çünki üzü üstə yatırdım".