Ceyms Uorlik: “Ermənistan və Azərbaycan silahların istifadəsindən imtina etməlidirlər”

26 Oktyabr 2015 18:00 (UTC+04:00)

"Təcavüzkar və ya cavab atəşi yerinə yetirən tərəf olmasından asılı olmayaraq, Ermənistan və Azərbaycan bu silahların istifadəsindən imtina etməlidir".

Movqe.az-ın məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində paylaşdığı fotoya münasibətdə bildirib.

Qeyd edək ki, bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri başlayıb.