"Eldar Mansurovdan küsmüşəm" - Röya

27 Oktyabr 2015 11:05 (UTC+04:00)

Müğənni Röya Ayxan formada qalma sirrini açıqlayıb.

Movqe..az-ın məlumatına görə, sənətçi "Hər şey daxil" verilişində hər gün çoxlu su içdiyini bildirib:


"Gün ərzində cəmi 1 dəfə yeyirəm. Tam pəhrizim yoxdur. Amma qidalanmağa fikir verirəm. Çox qəribə yemək zövqüm var. Oturub dolma yeyərəm, üstündən paxlava, şirniyyat. Bir də acı bibəri çox yeyirəm. Əvvəl su içmirdim. Köməkçim məni öyrəşdirdi. Çox çətin idi: ürəyim bulanırdı, halım pisləşirdi. İndi öyrəşmişəm. Dərim çox yağlıdır, tez səpirəm. Toyda məni tərli adam öpəndə, o dünyanı görüb-gəlirəm. Göz qələmindən allergiyam var. Əgər çəkirəmsə, iki gün su gəlir".


Mahnılarından danışan R.Ayxan hər zaman bahalı bəstəkarlarla çalışdığını deyib:


"Sənətə gələn gündən çalışmışam bahalı bəstələr alım. Tanınmış bəstəkarların hamısıyla işləmişəm. Çünki bahalı mahnı oxuyanda hörmət də çox olur. O sənə çörək də gətirir. Tək incidiyim bəstəkar Eldar Mansurov olub. Ondan küsmüşəm. Çünki mahnı istədim, məni gecikdirdi, vermədi. Ondan mahnı oxumamışam".


R.Ayxan kişilərə etibar etməydiyini də söyləyib:


"Kişilərsiz həyat təsəvvür edilməzdir. Səhər duranda qardaşlarıma hirslənmədimsə, atama "Niyə dərman atmadın, yağlı yedin" demirəmsə, Hüseynə (oğlu – red.) qışqırmıramsa, sevgilimə əsəbiləşmədimsə, bu nə həyatdır? Kişilər həyatımızda böyük rol oynayır. Amma onlara etibar etmək olmaz. Mənim ətrafımdakı işçilərin hamısı kişilərdir. Bir qız tapa bilmirəm".