Tac və ləl-cəvahiratlar oğurlanıb

19 Oktyabr 2012 17:32 (UTC+04:00)
Movqe.Az bildirir ki, Qanadakı Akan bölgəsinin kralı II Otumfuo Nana Osei Tutunun qızılla örtülü tacı və ləl-cəvahiratları Norveçdə oğurlanıb. Qiymətli ləl-cəvahiratları otel otağından oğurlayan şübhəlinin kimliyi təhlükəsizlik kameralarının köməyi ilə məlum olub. Şübhəli İsveçin paytaxtı Stokholmdakı hava limanında tutulub. Ləl-cəvahiratın isə hələ tapıla bilmədiyi söylənilir.