Mingəçevirdə silahlı insident baş verib - ölən var

27 Oktyabr 2015 13:32 (UTC+04:00)

Daxili İşlər Nazirliyindən daxil olan məlumata görə, Ağdam rayon sakini Şakir Əhmədov münaqişə zəminində odlu silahdan açdığı atəşlə həmyerlisi Bəxtiyar Rəhimova xəsarət yetirib və hadisə yerini tərk edib. Yaralanan B.Rəhimov hadisə yerində ölüb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.