İngiltərədə insan alveri artıb

19 Oktyabr 2012 17:59 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İngiltərə hökumətinin hesabatına görə ölkəyə qeyri-qanuni yollarla zorla gətirilən şəxslərin sayında artım olub. Rəsmilər 2010-ci ildə 710 nəfərin, ötən il isə 946 nəfərin İngiltərəyə gətirildiyini bildirib.Əsasən Çin, Vyetnam, Nigeriya və Şərqi Avropadan qeyri-qanuni yollarla İngiltərəyə gətirilən kəslər cinsi istismar məqsədi üçün istifadə edilir. Hökumət insan alverinin qarşısını almaq üçün İngilis təhlükəsizlik qurumları ilə ölkə xaricindəki səlahiyyətlilərin əməkdaşlığı artırması lazım olduğunu qeyd edib. Hesabata görə, ötən il insan qaçaqçıları tərəfindən zorla ölkəyə gətirilən şəxslərin 712-si yetkin, 234-ü isə uşaqdır. 2010-ci ildə isə ölkəyə gətirilən şəxslərin 524-ün yetkin, 186-ın isə uşaq yaşda olduğu ifadə edilib.