Alimlər havanı neftə çevirib

19 Oktyabr 2012 18:48 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İngiltərənin kiçik enerji firması havadan neft əldə etməyi bacarıb. "Independent"in xəbərinə görə, karbondioksid və su buxarından benzin əldə edə bilən kiçik bir təmizləyici quran firma ötən avqustdan bəri sınadığı texnika beş litr neft istehsal edib. İnqilab xüsusiyyətindəki bu inkişaf sayəsində enerji böhranının və qlobal istiləşmənin qarşısının alınması hədəflənir. "Stockton-on-Tees'"də yerləşən "Air Fuel Synthesis" adlı şirkət, iki il imüddətində daha böyük və ticarət məqsədli firma qurub, gündə bir ton neft çıxara bilmək məqsəd güdür. Çıxarılan neftin eyni zamanda aviasiya sahəsində də istifadə edilməsi, təyyarələrdəki karbonun azaldılması da hədəflər arasında yer alıb.