Saakaşvilinin təyyarəsi təcili yerə enib
19 Oktyabr 2012 19:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Gürcüstan
prezidenti Mixail Saakaşvilinin təyyarəsi təcili olaraq
Buxarest Hava limanına endirilib. "RİA Novosti"nin verdiyi xəbərə
görə, "Gürcüstan prezidenti Mixail Saakaşvilinin Rumıniyadan
Gürcüstana hərəkət edən təyyarəsinin qalxmasından on dəqiqə sonra
enməsi texniki qüsura görə Buxarest Hava limanına enib." "Rustavi
2" televiziyasının verdiyi məlumata görə isə, prezidentinin
"Boeing" təyyarəsi, Otopeni Hava limanından hərəkətə düşdükdən
təxminən 20 dəqiqə sonra, geri dönərək təcili endirilməsi tələb
edib. Təcili eniş qərarını pilotların istədiyi bildirilib. Otopeni
Beynəlxalq Hava limanının mətbuat katibi Valentin İordak, Mixail
Saakaşvilinin təyyarəsinə lazımlı tədbirlər görüldükdən sonra
təkrar uçacağını söyləyib. Saakaşvili Buxarestə təkrar qayıtdıqdan
sonra daha əvvəl qaldığı otelə getdiyini və orada təyyarənin yola
düşməsini gözlədiyi bildirilib.