6 futbolçu dünyasını dəyişib

19 Oktyabr 2012 19:05 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Əfqanıstannın şimalında yerləşən Cevizcan vilayətində meydana gələn yol qəzasında "Simurq" futbol komandası oyunçularından 6-sı həlak olub. Cevizcan Qubernator Köməkçisi Fakirmuhammet Cevizcani verdiyi şərhdə, Paytaxt Kabildə təşkil ediləcək futbol qarşılaşması üçün Cevizcanın mərkəzi Şibirgandan Kabilə gedən "Simurq" futbol komandası oyunçularının olduğu avtobus "Şibirgan Məzar-Şərif" qovşağında sürücüsünün sükan arxasında nəzarətini itirməsi nəticəsində devrildib. Qəzada avtobusda olan Simurq komandası oyunçularından 6 idmançı həyatını itirib,  36 nəfər isə yaralanıb.Yaralılar Şibirgan Dövlət xəstəxanasına qaldırılıb.