Kasıbların sayı 12,8 milyon

19 Oktyabr 2012 19:28 (UTC+04:00)
Movqe.Az bildirir ki, Alman Federal Statistika Dairəsi, ölkədə 12.8 milyon kasıb insan olduğunu açıqlayıb. Visbaden şəhərindəki dairəyə görə bu rəqəm ölkə əhalisinin 15.8 faizini təşkil edir. Yoxsulluq içində yaşayan qadınların sayının kişilərdən bir az daha çox olduğu bildirilən açıqlamada, bu nisbətin  2009-ci ildə 15.6 faiz, 2008-ci ildə isə 15.5 faiz olduğu bildirilib. Araşdırmaya 24 min 220 adam qatılıb. Araşdırmaya görə, Almaniyada 2010-cu ildə kirayə ödənişi çıxdıqdan sonra yaşayış üçün ildə 11 min 426 avrodan az pulu qalan şəxsin yoxsul biri kimi qəbul edildiyi bildirilib.