50.000 ev işıqsız qalıb

19 Oktyabr 2012 20:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Fransanın cənub qərbini təsiri altına alan şiddətli fırtına nəticəsində təxminən 50 min ev işıqsız qalıb. Tuluza şəhərində baş verən şiddətli fırtınanın bəzən saatda 122 kilometrə qədər çıxdığı müəyyən olunub. Şiddətli fırtına və yağışın bu axşam da davam etməsi gözlənilir. Rəsmilər, bölgədə yaşayanlara çalışıb evlərindən çölə çıxmamalarını bildiriblər.