Avropa ölkələrindən qaçqın statusu almaq istəyənlərin sayı 800 mini ötüb

29 Oktyabr 2015 10:20 (UTC+04:00)

2015-ci ildə Avropa İttifaqına (Aİ) üzv olan dövlətlərdən qaçqın statusu almaq üçün 834 min nəfər müraciət edib.

Movqe.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin Qaçqınların işi üzrə Ali Komissarının idarəsi məlumat yayıb.

"Hər ay qaçqın statusunun alınması ilə əlaqədar 38 Avropa dövlətinə orta hesabla 60 mindən 115 minədək müraciət daxil olur. Ötən ilin yanvar-avqust aylarında Avropada sığınacaq istəyənlərin sayı 397 min olub. Bu ilin analoji dövründə isə müraciətlərin sayı 834 minə çatıb", məlumatda deyilir.

Qaçqın statusu almaq istəyənlərin əksəriyyətini Suriya, Əfqanıstan və İraq vətəndaşları təşkil edir.