Sevilən aktirisa bu dəfə intiqam alacaq

19 Oktyabr 2012 19:03 (UTC+04:00)
"Aşk-ı Memnu"da Kvanç Tatlıtuğ ilə, "Fatmagülün Suçu Ne?" serialında isə Engin Akyüreklə kamera qarşısına keçən Beren Saatın ekrandakı yeni tərəfdaşı müəyyən olunub. Belə ki, Amerikanın "ABC" kanalında göstərilən "Revenge" serialının yerli versiyasında baş rolu oynayan gözəl aktirisaya Mert Firat tərəf müqavillik edəcək. Aleksandr Dümanın "Monte Kristo Qrafı" romanından ilhamlanaraq çəkilən "Revenge" serialı, atasına və özünə tələ quranlardan intiqam almağa and içən Amanda adlı gənc qızın əhvalatından bəhs edir. Serialın orijinalında baş rolu Emily Van Camp oynayıb. Beren Saatla Mert Firatın rol alacağı serial isə yanvar ayında "Kanal D" ekranlarında yayımlanacaq.