Səfir: Seçkilər həm Azərbaycan, həm də Türkiyə üçün xeyirli olacaq

29 Oktyabr 2015 12:30 (UTC+04:00)

"Azərbaycan və Türkiyənin parlament seçkilərini eyni gündə keçirməsi fərqli təsadüfdür".

Bunu Secki-2015.az saytına açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşqun deyib.


Onun sözlərinə görə, Türkiyədəki seçkilərlə bağlı xarici ölkələrdəki Türkiyə vətəndaşlarının səsverməsi artıq başa çatıb: "Oktyabrın 25-də biz də Bakıda səsvermə keçirdik. Noyabrın 1-də hər iki ölkədə seçkilər baş tutacaq. Mənim tək arzum seçkilərin sülh və əmin-amanlıq şəraitində keçməsi, vətəndaşın öz iradəsini rahat şəkildə ortaya qoymasıdır. Bütün hallarda nəticə həm Azərbaycan, həm də Türkiyə üçün xeyirli olacaq. Parlament seçkilərinin nəticəsini əvvəlcədən demək mümkün olmasa da, onu qəti demək mümkündür ki, nəticə nə olursa-olsun, Türkiyə-Azərbaycan qardaşlığı daimidir".