İnternet axtarış sistemi Fransa KİV-ni hədələyib
19 Oktyabr 2012 19:45 (UTC+04:00)
"BBC News"-in verdiyi məlumata əsasən, "Google" korporasiyası ölkə
hakimiyyəti axtarış sistemlərindən pul alacağı təqdirdə Fransanın
KİV saytlarını axtarış sistemindən çıxartmaqla hədələyib.
Movqe.Az elektron xəbər xidməti "lenta.ru" saytına istinadən
bildirir ki, "Google" şirkətindən məzmuna görə pul ödəməyi tələb
edən qanunu fransız qəzetlərinin naşirləri tələb edirlər. Onlar öz
nöqteyi-nəzərini onunla əsaslandırırlar ki, axtarış sistemi
xəbərlər üzrə axtarış zamanı reklam göstərməklə pul qazanır.
"Google" korporasiyası bir neçə nazirliyə göndərdiyi məktubda
bildirib ki, bu qanun axtarış sisteminin mövcudluğunu təhlükə
altına qoyacaq.Qeyd edək ki, hər ay "Google"-dan Fransanın KİV
saytlarına 4 milyard keçid olur.