Norveçli qatil məhkəmədə
16 Aprel 2012 12:29 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, Norveçdə 22 iyul 2011-ci il
tarixində təşkil etdiyi iki ayrı terror aktında 77
adamı öldürən Anders Behring Breivikin iddiasına bu gün baxılıb.
Məhkəmə Breiviki 77 adamın ölümünə səbəb olmaq və 40 adamı
yaralamaq səbəbindən təqsirləndirib. Norveçli terrorist 21 ilə
qədər həbsə məhkum olacaq.Lakin məhkəmə lazım bilsə Breivikin
ömür boyu həbsdə qalmasına hökm verəcək.
Paytaxt Osloda bu gün baş tutacaq ilk iclası 1000-ə
yaxın jurnalist izləyə biləcək.
Hadisə günü Ütoya adasında olan iki uşağından birini
Breivikin gülləsinə qurban verən Norveçli Linaker ailəsi
məhkəmənin bir "media sirki" nə çevrilməsindən narahatdır. 23
yaşındakı oğlunu itirən ana Linaker olduqca mətanətli
görünür: "Həyatında çox səhvlər etsə də
nəticədə o da bir insandır və məhkəmədə bir insan kimi rəftar
görməsinə əhəmiyyət verirəm."
Xatırladaq ki, Avropada İslama qarşı döyüş çağırışında olan
"Norveçli qatil" Breivik hücumları özünün təşkil etdiyini
etiraf edib, ancaq bunun bir cinayət olmadığını söyləyib.
Breivik 22 İyul günü əvvəl Osloda təşkil etdiyi bombalı
hücumda səkkiz adamı öldürüb; sonra isə Ütoya adasında
iqtidaryönlü İşçi Partiyasının gənclik düşərgəsini basaraq 69
adamı qətl edib.
Əfqanə Məzahirqızı