Bu günə gözlənilən hava şəraiti

20 Oktyabr 2012 11:53 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında oktyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 13-18, gündüz 23-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə isə oktyabrın 20-dəhava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Oktyabrın 21-dək Respublika ərazisində hava şəraitinn dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.