Daşkənddə “Hizb ut-Təhrir” ekstremist təşkilatının 16 üzvü saxlanılıb

31 Oktyabr 2015 19:00 (UTC+04:00)

Özbəkistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Daşkənddə "Hizb ut-Təhrir" ekstremist təşkilatının 16 üzvü saxlanılıb.

Saxlanılanların evlərində axtarış aparılarkən böyük həcmdə ekstremist ədəbiyyat aşkar olunub.

Onlar Daşkənd şəhərində və vilayətdə bu təşkilatın ideologiyasını yaymaqda ittiham edilirlər. Məlum olub ki, əvvəllər ekstremist təşkilatın üzvləri xarici ölkələrə aparılıb, orada müəyyən qədər qaldıqdan və təlimatlandırıldıqdan sonra Özbəkistana qaytarılıb. Saxlanılanlar əvvəl öz ailə üzvlərini, qohumlarını və qonşularını bu işə təhrik ediblər.

"Hizb ut-Təhrir" dünyanın bir sıra ölkələrində terrorçu təşkilat elan edilib və fəaliyyətlərinə qadağa qoyulub.