“Xaricdə təhsil almış vətəndaşlarımızın dövlət qurumlarında işləməyə marağı azdır”

20 Oktyabr 2012 13:02 (UTC+04:00)
"Xaricdə təhsil alan Azərbaycan vətəndaşları daha çox özəl sektorda fəaliyyət göstərən şirkətlərdə işləməkdə maraqlıdır". "APA-ECONOMICS"in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov bəyan edib.
Onun sözlərinə görə, hazırda Komissiyanın bazasında 85 xaricdə təhsil almış şəxs var ki, bunların yalnız 7-si dövlət qulluğu üzrə işə maraq göstərərək müvafiq dövlət qurumlarda işə daxil olub: "Qalanların isə dövlət qurumlarda işləməyə marağı azdır. Onlar əsasən özəl şirkətlərdə iş axtarırlar".