"Napoli"nin futbolçusu Lorenzo İnsinye komanda yoldaşlarından üzr istəyib. Futbolçu onların hər birinə pizza göndərib.
Movqe.az Goal.az-a istinadən məlumat verir ki, bu, italyan yarımmüdafiəçinin "Palermo" ilə oyunda (2:0) əvəzlənməsinə ciddi etiraz etməsi ilə əlaqədardır. Həmin hadisədən sonra baş məşqçi Maurisio Sarri İnsinyenin komanda yoldaşlarından üzr istəməli olduğunu söyləmişdi.