Azarkeş meydana girib qapıçını vurdu - FOTO - VİDEO

20 Oktyabr 2012 20:22 (UTC+04:00)
İngiltərənin "Şeffild Uensdey" və "Lids" futbol komandaları arasında ölkə çempionatı zamanı keçirilən matçda xoşagəlməz hadisə baş verib. Lent.az-ın məlumatına görə, 77-ci dəqiqədə meydana girən qonaq komanda azarkeşi meydan sahiblərinin qapıçısı Kris Kirklendi vurub.
Sifətindən zərbə alan Kirklend tibbi yardımdan sonra oyunu davam etdirib. Azarkeş isə heç nə olmayıbmış kimi tribunaya qayıdıb və digər fanatlar arasında itib.