Honq Konqda üzgüçülük yarışı keçirilib

22 Oktyabr 2012 17:25 (UTC+04:00)
Movqe.Az bildirir ki, Honq Konqun Viktoria Limanı ənənəvi üzgüçülük yarışına ev sahibliyi edib. Gənc, yaşlı, təxminən 1800 Honq Konqlu ənənəvi üzgüçülük yarışında öz məharətlərini göstəriblər. İştirakçılar güclü axıntı və sərin suya qarşı çətin mübarizə aparıblar. Kişilər və Qadınlar kateqoriyalarından qazananlara medal verilib. Viktoria limanının şərqindəki Koulundan təşkil edilən ilk üzgüçülük yarışı 1906-ci ildə keçirilib. 1978-ci ildə suyun çirkli olması səbəbi ilə təxirə alınan yarışlar 2011-ci ildə yenidən davam edib.