"Google" 3 xəbər verib

22 Oktyabr 2012 18:04 (UTC+04:00)

Movqe.az xəbər verir ki, "Google"ın 29 oktyabrda təqdim etməsi gözlənilən mərasimdə iki tablet və bir "ağıllı" telefonu istifadəçilərin qarşısına çıxacaq. "Google"nin 29 oktyabr təqdimat gecəsi üçün mətbuat nümayəndələrinə dəvətnamə göndərməyə başlamasıyla birlikdə gecə haqqında detallar da yavaş yavaş üzə çıxmağa başlayıb. "The Next Web"in xəbərinə görə "Google", 29 oktyabrda "Nexus 7" və "Nexus 10" tablet modellərini təqdim edəcək. 3G dəstəyinə sahib 32 GB Nexus 7 ilə birlikdə 10 düymlük ekrana sahib Nexus 10 da təqdim olunacaq. "Samsung" və "Google"ın birlikdə inkişaf etdirdiyi "Nexus 10"dan başqa " LG"nin istehsalını boynuna götürdüyü də deyilir. "Nexus 4"də həmçinin dörd nüvə 1.5 GHz sürətində prosessor istifadə ediləcək. Android 4.2 əməliyyat sisteminin nə kimi yeni xüsusiyyətlərə sahib olacağı  29 oktyabr təqdimat gecəsində müəyyən olacaq.