Bill Geyts "Microsoft"da

22 Oktyabr 2012 17:50 (UTC+04:00)
Movqe.Az bildirir ki, "Microsoft"un qurucusu Bill Qeyts, CEO kreslosunu tərk etdiyi gündən bu yana bu nəhəng şirkətə bir daha gəlməyib. Bundan əvvəl, dəfələrlə bir də "Microsoft"da hər hansı bir mövqedə çalışmayacağını söyləyən Bill, hal-hazırda bütün diqqətini "Bill and Melinde Gates Foundation" adlı xeyriyyə təşkilatına yönəltmiş vəziyyətdədir. Keçən həftə Qeyts, "Microsoft"un "Redmond"dakı ofisinə xüsusi səfər edərək dedi-qodulara hədəf olub. Ancaq işin əsli qısa müddətdə məlum olub. CEO kreslosunda oturan Stiv Ballmer və şirkət əməkdaşları ilə görüşən Qeytst verdiyi müsahibədə, "Microsoft" qurulduğundan bu yana 30 illik müddətdə edilən 31.000 ədəd qeyri-kommersiya və ictimai məsuliyyət üzrə layihələr nəticəsində toplanan pulun bir milyard dollara çatmasını qeyd etmək üçün şirkətdə olduğunu bildirib. "Employee Giving Campaing" adı altında icra edilən kampaniyaların bir milyard dollara qədər inanılmaz bir rəqəmi toplaya bildikləri üçün xoşbəxtlik duyduğunu söyləyən Qeyts, "Microsoft"un bu sahədə böyük bir şirkət olduğunu da vurğulayıb.