"Adelenin uşağı olub. Körpə kök və ya əlildir? Hər halda çoxdan uşağı öldürüb. (yüksək səslə gülürəm) " Adelenin "pərəstişkarı olmayan" qrupdan bir başqa adam isə İngiltərəyə gedib müğənnini öldürəcəyini yazıb. Mesaja cavab verən başqa bir istifadəçi də körpəni də özünün öldürəcəyini yazıb. İctimai mediada ana və körpəsiylə əlaqədar çirkin mesajlar gəzərkən, "Rolling in the Deep" in məşhur müğənnisinin tərəfdaşı Dan Uilson "Daily Mirror" qəzetinə müsahibə verərək, Adelenin həyatının ən xoşbəxt günlərini yaşadığını söyləyib. Uilson, "Artıq həyatında diqqətinin çoxunu körpəsinə verəcəyi yeni bir dövr başladı" deyib. Cümə günü körpəsi olan Adelenin yaxın dostları isə müğənninin "xoşbəxtlikdən özünü itirdiyini" söyləyiblər.