Səmada pankartla evlilik təklifi

22 Oktyabr 2012 13:18 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Türkiyədə bir aşiq səmada pankart açaraq sevdiyi qıza evlənmə təklif edib. Hədiyyə dükanının sahibi İlker Sayğılı keçən il tanışdığı və aşiq olduğu İngilis yazarı Kathy Hancooka evlilik təklif etməyə qərar verib.

İngiltərənin Leeds şəhərindən tətil üçün gələn Hancooka böyük sürpriz hazırlayan İlker Hava Oyunları Festivalı çərçivəsində planını  reallaşdırıb.

İlker sevdiyi Hancooku yamac paraşütü ilə gəzdirmək üçün Babadağın zirvəsinə dəvət edib. Cütlük Babadağın 1700 metrlik astanasına 2 paraşüt pilotuyla gedib.

15 dəqiqə yan-yana uçduqdan sonra 500 metr yüksəkliyə çatanda İlker: "Mənimlə evlənərsənmi?" -  yazılı pankart açıb.

Endikdən sonra İlker qız dostunun barmağına əvvəldən aldığı üzüyü taxıb. Uzun müddət öpüşən cütlüyün xoşbəxtliyini paraşüt pilotları şampan partladaraq qeyd edib.