Misir tarixində ilk dəfə

22 Oktyabr 2012 19:18 (UTC+04:00)
Movqe.Az bildirir ki, yeni mezun misirli diplomatların yarışı qadındır. Misir xarici işlər naziri Məhəmməd Kamil Əmr, Misir tarixində ilk dəfə Xarici İşlər Nazirliyinə bağlı Diplomatik Araşdırmalar İnstitutundan məzun olan diplomatların yarısının qadınlardan ibarət olduğunu söyləyib. İnstitutun 43-cü və 44-cü dövr məzuniyyət mərasimində çıxış edən Əmr, "Qadınlar Nazirliklərə gəlir, yaxın bir zamanda Misir diplomatiyasında daha çox söz sahibi olacaqlar." deyib. Diplomatların çalışdıqları yerlərdə əvvəlcə Misirin maraqlarını müdafiə etmələri lazım olduğunu işarə edən Əmr, məzunların davamlı olaraq özlərini inkişaf etdirməsini istəyib. Məzun olan diplomat sayının 41 olduğu bildirilib.