Avtobus şoferindən gənc qıza yumruq

22 Oktyabr 2012 18:34 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ-da avtobus şoferi onu təhqir edən gənc qıza əsəbləşərək yumruqlayıb. Sürücü avtobusda onunla mübahisə edən gənc qızı tək yumruqdan yerə sərib. Hadisə Amerika Birləşmiş Ştatlarının Klivlend əyalətində baş verib. 

İddialara görə, sürücü onu təhqir edən qıza gözlənilməyən reaksiya verir, bir yumruğla onu yerə sərir. Müzakirənin səbəbi bilinmir. Həmin anı avtobusdakı bir sərnişin cib telefonuna çəkib.