Titanikin yüzilliyi qeyd edilib

16 Aprel 2012 12:51 (UTC+04:00)
Mövqe.az CNN-ə istinadan xəbər verir ki, Şimali Atlantika okeanında Azarama Səfəri adı altında  bazar günü səhər tezdən iki böyük gəmidən çələnglər atmaqla bu nəhəng fəlakətin 100-cü il dönümünü qeyd ediblər.
450 sərnişin kirayələnmiş "Titanik Xatirə Gəmisi"nə yığışıb sakitcə oturaraq Titanikdə məhv olan 1503 nəfərin adlarına ekranlarda baxaraq onları yad ediblər.
Mərasim davam edib.
Müqəddəs. Robert Lorens söyləyib ki,"Biz bu gecə 100 il əvvəl Titanik gəmisində ölənlər üçün, onların bütün qohumları üçün həz zaman dua edirik".
Həlak olanların bütün yaxınları mərasimə toplanan insanlar arasında olub.
Gecənin əvvəlində sərnişinlərə Titanikin həyəcan siqnalınının işə salındığı yerdə olduqlarını elan ediblər.
Bir neçə saat sonra isə, həlak olan insanların şərəfinə suya iki çələng atılıb.

Ziba Yusifova