Dərmanların dörddə biri saxtadır

22 Oktyabr 2012 19:48 (UTC+04:00)
Movqe.Az bildirir ki, Dünya Bankı və beynəlxalq ictimai sağlamlıq təşkilatları Afrikada Səhra Çölünün cənubundakı ölkələrdə və Latın Amerikada satılan dərmanların 40 faizinin saxta olduğunu bildirir. Mütəxəssislər aşağı keyfiyyətli ya da saxta dərmanların bazarda rahatlıqla olmasının ölümə səbəb ola biləcəyi fikirindədirlər. Saxta dərman ticarətini dayandırmağa çalışan mütəxəssislər Vaşinqtonda görüşərək bu problemə qanuni həllər tapmağın yollarını axtarıblar. Virciniyadakı Corc Mason Universitetinin Terror, Beynəlxalq Cinayət və Korrupsiya Mərkəzindən Luis Şelle: "Narkotik qaçaqçılığına saxta dərman ticarətindən daha çox fikir veririk. Halbuki saxta dərmanlar, narkotik maddələrə görə sayca daha çox insana zərər verir."

Shelle, standartlara uyğun gəlməyən dərman istehsal və paylaşımının arxasında beynəlxalq cinayət təşkilatlarının olduğunu söyləyir. Mütəxəssis, bununla mübarizə aparmaq üçün yalnız beynəlxalq səylərin təsirli olacağını düşünür.

O bildirib ki, "Dünya Sağlamlıq Təşkilatı, polis, istehlakçı hüquqları təşkilatları və qeyri-hökumət təşkilatları birlikdə hərəkət etməlidir."