Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarında hərbi təlimlər keçirib

23 Oktyabr 2012 11:21 (UTC+04:00)
Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında hərbi təlimlər keçirilib.APA-nın məlumatına görə, təlimləri işğalçı Ermənistanın prezidenti Serj Sərkisyan və işğal altında olan Azərbaycan torpaqlarında fəaliyyət göstərən separatçı rejimin rəhbəri, "DQR prezidenti" Bako Saakyan da izləyib. 

Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Serj Sərkisyanı işğal olunmuş Azərbaycan torpaqlarına səfəri zamanı müdafiə naziri Seyran Ohanyan, yüksək rütbəli hərbçilər müşayiət ediblər. Sərkisyan qoşunların təmas xəttindəki mövqelərə baş çəkib, qondarma "Dağlıq Qarabağ ordusu"nunu hərbi hazırlığı ilə tanış olub. Ermənistan prezidenti həmçinin işğalçı hərbi birləşmələrdən birinin zabitlərinə yeni tikilmiş mənzillərin verilməsində də iştirak edib.