Hindistan milli neft şirkəti Azərbaycandakı beynəlxalq neft layihəsində pay almaq istəyir

23 Oktyabr 2012 12:03 (UTC+04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və Hindistanın "ONGC Videsh Ltd." milli neft şirkətinin idarəedici direktoru D.K.Sarrafın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

ARDNŞ-dan "APA-ECONOMICS"ə verilən məlumata görə, görüşdə Hindistan şirkətinin "Azəri-Çiraq-Günəşli" (AÇG) layihəsinə və "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinsulu hissəsinin işlənməsinə dair Hasilatın Pay Bölgüsü Sazişi" üzrə tərəfdaşlardan olan "Hess" şirkətinin iştirak payına maraq göstərməsi məsələləri müzakirə olunub.