Üç ayaqlı dostu ilə qorxunu dəf etdi

23 Oktyabr 2012 13:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İngiltərənin Hampshire şəhərində yaşayan 7 yaşlı Oven Hovkins nadir görülən əzələ xəstəliyi ilə mübarizə aparır. Onun həyatı həyatı atasının evə gətirdiyi bir it sayəsində dəyişib. Küçəyə çıxma qorxusu yaşayan uşaq üç ayaqlı dostu sayəsində bütün qorxularını dəf edib. 

Balaykən qatar reysinə bağlanaraq ölümə tərk edilən çoban iti Haatchi heyvanları qoruma dərnəyi tərəfindən qurtarılıb. Ovenin atası Vill Hovkins bir qıçı ilə quyruğunu itirən itin hekayəsini Facebookda oxuduqdan sonra Haatchiyi himayəyə götürüb.

Hərəkət etmə çətinliyi olan Oven dost olduğu iti sayəsində gündəlik həyatında yaşadığı problemlərdən xilas olub.

Ata Hovkins "İngilis Daily Mail" qəzetinə danışaraq bunları söyləyib: "Oven əvvəldən xaricilərdən qorxardı. İndi gördüyü hər kəsə Haatchi barədə danışır. Onunla it şoularına gedir. Ondakı dəyişikliyi sözlərlə izah etmək mümkünsüzdür".