Kitabını su altında təqdim etdi

23 Oktyabr 2012 15:27 (UTC+04:00)

Movqe.az xəbər verir ki, müəllif Burak Ballı "Sustum" adlı kitabının təqdimatını suyun altında keçirib. Türkiyədə ilk dəfə reallaşan sualtında kitab təqdimatı üçün Ballı Turkuazoo Akvaryumda mətbuat nümayəndələri ilə biraraya gəlib. Ballı akvariumun içinə qoyulan masada kitabının təqdim edərkən mətbuat mənsubları da akvaryumdakı Ballını şüşənin arxasından görüntüləyib. Ballı kitabın səhifələrini çevirərkən, başının üstündən keçən vatoz balığı da kameralara əks olunub.