Sahiblərinə ev işlərində kömək edən it

23 Oktyabr 2012 17:25 (UTC+04:00)

Movqe.az xəbər verir ki, polis iti olmaq üçün aldığı təhsildə uğursuz olan Stanley adlı it, ev işlerinde olduqca bacarıqlıdır. Polis testində uğursuz olduğundan yuxuyla öldürülmək istənən it polis müfəttişləri Ana və Mike Higgins ailəsi tərəfindən ölümdən xilas edilib və evlərinə aparılıb. 

4 illik təhsildən sonra testləri keçə bilməyən it daha sonra da boğazında qalan sümük və qida zəhərlənməsi üzündən bir neçə dəfə ölümdən dönüb.

Sahiblərinin evə gətirdiyi it evə öyrəşənə qədər gecələri yatmadan və ağlayaraq keçirib. Ailəsinə yeni alışan it daha sonra sahiblərinə paltar yuma və asma məsələsində kömək edir.