Aşıq sənətinin davamçılarının ikinci konserti keçiriləcək

16 Aprel 2012 14:17 (UTC+04:00)


Heydər Əliyev Sarayında aşıqlar konsert proqramı ilə çıxış edəcəklər. Bu barədə, Movqe.Az xəbər portalına sarayın mətbuat xidmətinin rəhbəri Anar Fərəczadə məlumat verib. Məlumatda bildirilir ki, may ayının 3-də təşkil olunacaq konsert "Aşıq sənətinin davamçıları-II" adlı aşıq konserti keçiriləcək.

Konsertdə Əməkdar Mədəniyyət İşçisi Nemət Qasımlı və onun bədii rəhbəri olduğu "Nemət" Aşıqlar Qrupu, Aşıq Zülfiyyə, Altay Məmmədli, İlham Aslanbəyli, Dəmir Vəliyev, Qələndər Zeynalov, Vüqar Mahmudoğlu, Azər Fərmayıloğlu, Kəmalə Qubadlı, İbrahim Sadıxov, Gəncəli İmanov, Ramil Əfəndiyev, Günel Qurbanova, Nazim Bahadıroğlu, Əziz "Zurnaçılar" qrupu, Elmir Sadıxov, Samir Pənahov, o cümlədən, Respublika aşıq müsabiqəsinin qalibləri – Elvin Mehmanlı, Nicat Qurbanov, Dilbər Əliyeva və Heydər Məqsədoğlu iştirak edəcəklər.

"Aşıq sənətinin davamçıları-II" adlı aşıq konserti saat 18:00-da başlayaqcaq.

Qeyd edək ki, "Aşıq sənətinin davamçıları" adlı aşıq konsertini ilk dəfə bu ilin fevralın 11-də keçirilmişdi.