"iPad Mini" bugün satışa çıxarılacaq

23 Oktyabr 2012 18:03 (UTC+04:00)
Texnologiya nəhəngi "Apple" Kaliforniya əyalətinin San Jose şəhərində keçiriləcək təqdimat mərasimində  "iPad Mini"ni tanıdacağını bildirib.Təxminən 10 düymlük ekrana sahib "iPad"ə nisbətən " iPad Mini"nin 7,85 düymlük (19,9 sm) ekrana və 22,9 sm genişliyə sahib olması gözlənilir. 499 dollarlıq iPad-lə müqayisədə "iPad Mini"nin təxmin edilən satış qiymətinin 249-399 dollar arasında dəyişəcəyi təxmin edilir. Getdikcə inkişaf edən tablet bazarında Apple "iPad Mini" vasitəsilə "Samsung" və "Google" kimi nəhənglərə rəqib olaraq daha çox sayda istifadəçiyə çatmağı hədəfləyir.