Cennifer Lopesdən xanımlara məsləhət

23 Oktyabr 2012 20:09 (UTC+04:00)

Lopes və onun sevgilisi, rəqqas Kasper Smart Britaniya paytaxtındakı "O2 Arena"sında konsertə hazırlaşırlar.

Amerikalı müğənni və aktrisa Cennifer Lopes dünyanın ən məşhur sənətçilərindən biri olmaqla yanaşı, çoz incə zövqlü, şux və son dəblə geyinməyi sevən, bunu əla bacaran xanımdır.

Lakin dünən Londonda olarkən 43 yaşlı Lopes çox ciddi xanım təsiri bağışlayırdı. Lopes və onun sevgilisi, rəqqas Kasper Smart Britaniya paytaxtındakı "O2 Arena"sında konsertə hazırlaşırlar. İşlər çox, hazırlıq prosesi gərgin olsa da, Lopes həmişəki ampluasında idi. 

"Nə qədər qaçaqaç, tələskənlik olsa da, mütləq zahiri görünüşümə fikir verirəm. Xanımlar bunu unutmamalıdırlar. İstənilən halda və vəziyyətdə diqqətli olmalıyıq", – Lopes deyib. Günün ikinci yarısında isə Cenniferlə Kasper Londondakı məşhur "Harrods" univermağına yollanıblar.