Hər il 50 min uşaq itkin düşür
23 Oktyabr 2012 16:48 (UTC+04:00)
Movqe.Az bildirir ki, Hindistanın Milli
Cinayət Qeydləri Bürosu, 2011-ci ildə paytaxt Yeni Dehlidə hər gün
14 uşağın itdiyini açıqlayıb. İtən uşaqların insan qaçaqçılığı
ya da porno film sənayesində istifadə edildiyi söylənilir.
Qaçırılma hadisələrinin ən çox Bombey və Yeni Dehli kimi əhalinin
sıx olduğu şəhərlərdə meydana gəldiyi bildirirlib. Yeni Dehli
polis spikeri, fahişəliyə məcbur edilən yüzlərlə uşağı xilas
etdiyini söyləsə də, ölkədəki rəsmi rəqəmlər polisin də bu mövzuda
nə qədər qeyri-kafi qaldığına işarə edir. Spiker, itən uşaqların
böyük bir hissəsinin 6 yaşından kiçik olduğunu və uşaq pornosu
sənayesində istifadə edildiklərini vurğulayıb. Rəsmi qeydlərə görə,
Hindistanda uşaqları istismar edən, fahişəliyə məcbur edən və
dilənçilik etdirən 5 min nəfərlik 815 cinayət təşkilatı var. Avqust
ayında Hindistan Ali Məhkəməsi yerli və federal rəhbərlikdən bu
mövzuda detallı araşdırma etmələrini tələb edib. BMT-nin uşaq fondu
(UNİCEF) isə dünyada təxminən hər il 1,2 milyon uşağın insan
qaçaqçıları tərəfindən qaçırıldığını bildirib.