7 yaşlı Motsart - VİDEO

23 Oktyabr 2012 17:30 (UTC+04:00)
Movqe.Az bildirir ki, Alma Deuçer 7 yaşında sevimli bir ingilis qızıdır. Onu yaşıdlarından fərqləndirən cəhət pianino və skripka çalmaq qabiliyyətinin olmasıdır. Dilçi ata və alim ana, 2 yaşında olarkən notları öyrənən qızlarına üç yaçında doğum günündə skripka hədiyyə ediblər. Alma da altı yaşında ilk sonatasını yazıb.

Adətən uşaqlar operalardan sıxılır və qulaq asmırlar, ancaq Alma 7 yaşında ilk operasını bəstələyib. Özünü rahat hiss etdiyi zamanlarda ilhamın gəldiyini söyləyən Alma, yuxusunda Motsartın bir opera bəstələdiyini görüb. Oyanan zaman yuxusunda gördüyü operanın üzərində çalışıb və atası da qeyd edib. Mütəxəssislər Almanı bəstəkar Motsart ilə müqayisə edirlər. İnternet saytlarında görüntüləri böyük bir maraqla izlənən Almanın şöhrəti gündən-günə artır.