Mobil telefon istifadəçilərinə şad xəbər

23 Oktyabr 2012 17:53 (UTC+04:00)
Movqe.Az bildirir ki, Yaxın zamanlarda başqa dil bilməsək də bir əcnəbi ilə mobil telefonda rahat danışmaq mümkün olacaq. Yaponiyada ölkənin ən böyük cib telefonu şəbəkəsi, abunəçilərinə yeni bir xidmət təqdim etməyə hazırlaşır. 1 noyabrdan etibarən cib telefonu ilə aparılacaq görüşlərdə yapon danışıqlar İngilis, Çin və Koreya dilinə çevriləcək. Telefonla danışan adam, danışdığı əcnəbinin sözünü tamamladıqdan qısa müddət sonra tərcüməsini eşidə biləcək. Noyabr ayının sonuna qədər tərcümə ediləcək dillərin sayının 10-a çıxması gözlənilir. Bundan əlavə, mətnləri cib telefonunun kameraları ilə yaddaşda saxlayıb tərcümələrinə də baxmaq mümkün olacaq. "Cib telefonu ilə tərcümə" sahəsində dünyanın öndə gələn şirkətlərinin iş gördüyü söylənilir.