Siqaret çəkən müəllimlərə cəza verilib

23 Oktyabr 2012 19:15 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Yaponiyada dərs fasilələrində siqaret çəkən 5 müəllimə 500 min yen pul cəzası verilib. Yaponiyanın 2-ci ən böyük şəhəri olan Osakada qubernatorluq dərs fasiləsində bağçada siqaret çəkən 5 lisey müəlliminə  pul cəzasını verildiyini bildirib. Cəzanın Osaka Təhsil Nazirliyi tərəfindən verildiyi və siqaret çəkən müəllimlərin vətəndaşların şikayəti vasitəsilə müəyyən edildiyi bildirilib. Osakada dövlət məktəblərində siqaret çəkmək yalnız tələbələr üçün deyil, müəllimlər və idarəçilər üçün də 2008-ci ildən bu yana qubernatorluq tərəfindən qadağan edilmişdi. Onu da qeyd etmək lazımdır ki, dünyada siqaret çəkənlərin ən rahat olduğu ölkə olan Yaponiyada hələ də bir çox kafe və barda siqaret çəkməyə icazə verilir.