30 il sonra müəlliminə məktub yazdı

23 Oktyabr 2012 19:45 (UTC+04:00)

Movqe.az bildirir ki, bir müəllim üçün İngiltərənin Təhsil naziri Maykl Qovdan məktub almaq ancaq xəyal edilə biləcək bir haldır. Lakin İngiltərənin Təhsil naziri 30 il əvvəlki pis davranışlarından ötrü Fransız dili müəllimindən üzr istəyib. Nazir Gove təhsil aldığı "Robert Gordon" kollecində işləyən Daniel Montqomeri adlı ömüəlliminə yazdığı açıq məktubda  müəllimləri ilə əylənmək üçün  bir vaxtlar yeniyetmələrə xas olan  davranışlar etdiyi üçün üzr istəyib. Hələ də eyni məktəbdə işləyən müəllim  isə nazirin cümlələrinə cavab olaraq yazdığı məktubda, onu "İti zəkalı, inanclarına möhkəm bağlı, ümumi mədəniyyət sahibi və rəqiblərini geridə qoymaq qabiliyyətinə malik bir gənc olaraq xatırladığını yazıb.