Eyni taleyi paylaşdılar

24 Oktyabr 2012 13:04 (UTC+04:00)

Movqe.az xəbər verir ki, avtomobil qəzasında üzü yanan gənc və evlərindəki yanğında üzünün böyük hissəsi yanan kiçik qızın həyat birliyi görənləri heyrətləndirib.

Təxminən 50 il əvvəl Denizlidən Almaniyaya işə gedən Xəlil və Ayşe Arzıman 1980-ci ildə Almaniyada dünyaya gələn uşaqları Rəcəb Arzımanın (32), 10 il əvvəl Almaniyada keçirdiyi yol qəzasında üzünün böyük hissəsi yanıb. Qəzadan əvvəlki yaraşığı ilə diqqət çəkən Arzıman həyata heç küsməyib və mübarizəsinə 55 əməliyyatla davam edib.

Bursa da yaşayan kiçik Busenin isə hələ 18 aylıq olarkən evlərindəki yanğında üzünün yüzdə 90-ı yanıb. Rəcəb Arzıman özü ilə eyni taleyi paylaşdığı kiçik Busenin qəzetdə xəbərlərini oxuyub və onunla tanış olmaq, ona dəstək vermək üçün hərəkətə keçib. 

Rəcəb Arzıman keçirdiyi qəzadan 3 il sonra Rumıniyadan işləmək üçün Almaniyaya gələn Maria ilə tanış olub. Hər şeyə baxmayaraq həyata bağlılığından təsirləndiyi Rəcəb Arzıman ilə evlənmə qərarı alan Maria o dövrdə əməliyyatdan əməliyyata girən Arzıman ilə həyatını birləşdirib. Maria və Rəcəb Arzıman kiçik Buse ilə tanış olmaq və dəstək vermək üçün Türkiyəyə gəliblər.

Buse Kamalını Bursadakı evlərində ziyarət edən cütlük yaşadıqları o günlərin çox çətin olduğunu hələ yaşı kiçik olan Busenin bu çətin mübarizədə yanında olmaq istədiklərini söyləyiblər. 

Rəcəb Arzıman Almaniyada əməliyyat gününə Buseylə görüşərək eyni gün, eyni xəstəxanada əməliyyat olub. Rəcəb Arzıman 55-ci, Buse isə 34-cü əməliyyatını keçirib. Maria və Rəcəb Arzıman Busenin burun və qulaq əməliyyatlarının 14 yaşından sonra başlayacağını, bu əməliyyatların ağır olacağını, hər mərhələdə Busenin yanında olacaqlarını bildiriblər. Bundan başqa Rəcəbin eyni xəstəxanada özü kimi birinci dərəcə yanıq diqanozu ilə müalicə olunan xəstələrə könüllü psixoloji dəstək verdiyi öyrənilib.