Xalq artisti qayıdır

24 Oktyabr 2012 15:05 (UTC+04:00)

Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri Vətənə qayıdır.

Yaşar Nuri oktyabrın 25-də səhər saatlarında Bakıda olacaq. Aktyor müqəddəs Qurban bayramını Vətəndə qeyd edəcək və onun müalicəsi ev şəraitində davam etdiriləcək. Bir müddətdən sonra isə Yaşar Nurinin yenidən Türkiyəyə, Amerika Xəstəxanasına qayıtması gözlənilir. Aktyorun Bakıya xüsusi nəzarət altında gətiriləcəyi gözlənilir.

Yaşar Nuri artıq bir müddətdir ki, Türkiyənin Amerika Xəstəxanasında mütəmadi müalicə keçir.