Döş xərçənginə qarşı çəhrayı çətir

24 Oktyabr 2012 15:48 (UTC+04:00)
Movqe.Az bildirir ki, Bolqarıstanda döş xərçənginə qarşı keçirilən kampaniya çərçivəsində bu il paytaxt Sofiyanın mərkəzində 400 çəhrayı çətir yerləşdirilib. "Həyata sevgi ilə yapışmaq" kampaniyası çərçivəsində döş xərçəngində erkən diaqnozun əhəmiyyətinə diqqət çəkmək məqsədiylə küçələrdə səmaya asılan çətirlər, Sofiyalıların marağını çəkib. Təşkilatçılar çətirin qoruma simvolu daşıdığını bildiriblər. İlk simptomları ağrısız keçərək inkişaf edən döş xərçənginə tez diaqnoz qoyulan zaman tamamilə nəzarət altına alına bilir. Mütəxəssislər, qadınların 10 faizinin yaşları artdıqca döş xərçənginə tutulduğunu ifadə edirlər.