Mərkəzi Parka xeyriyyə yardımı edilib

24 Oktyabr 2012 16:14 (UTC+04:00)
Movqe.Az bildirir ki, Nyu Yorkun simvollarından biri olan "Central Park" (Məkəzi Park) illik hesablamalara görə 25 milyon ziyarətçisi ilə Amerika Birləşmiş Ştatlarının ən çox ziyarət edilən şəhər parkıdır. Bu park indi də nəhəng bir xeyriyyə yardımı ilə adını tarixə yazdırıb. Biznesmen Con Paulson parkın qorunması üçün 100 milyon dollar məbləğində yardım edib. Bu, dünyada bir dövlət parkına edilən ən böyük hədiyyə olub. 155 illik park üçün əvvəlki ən yüksək məbləğ 12 milyon dollar idi. Manhettenin mərkəzində, dünyanın ən gözəl şəhər parklarından biri olaraq qəbul edilən və ilk günkü vəziyyətinin qorunulub saxlanılmasına çalışılan "Central Park"ın illik xərci təxminən 50 milyon dollardır. Yəni yardımla bağışlanan pul, pakın ancaq iki illik xərcini qarşılayır. Fon rəhbərliyindən əldə edilən 12 milyard yarım dollarlıq sərvətiylə dünyanın 671-ci. ən zəngin adamı olan, Nyu Yorkda doğulan Paulson məzun olduğu Nyu York Universitetinə və bəzi ictimai dərnəklərə etdiyi xeyriyyə işləri ilə tanınır.