Ərinin maşınının şüşələrini sındırdı

24 Oktyabr 2012 16:40 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada həyat yoldaşına hirslənən qadın əsəbini yoldaşının avtomobilindən alıb. Qonşuları tərəfindən mobil telefonla kameraya çəkilən  qəribə hadisədə əsəbi qadın əlindəki baltayla yoldaşının maşınını parçalayıb. Alkoqol aldığı iddia edilən qadını qonşuları sakitləşdirməyə çalışıb. Qonşusuna "əlini çək!!" deyə qışqıran qadın maşının şüşələrini qırdıqdan sonra sakitləşə bilib.